Foglie Dalloro şirkətinin rəhbərliyinin təşəbbüsü ilə Bakının tarixi məkanlarına mədəni-maarifləndirici ekskursiya təşkil olunmuşdur. Tədbirin məqsədi — komandanı şəhərin memarlıq və mədəni irsi ilə tanış etmək, eyni zamanda tarixin unikal səhifələrini birlikdə kəşf edərək komanda ruhunu gücləndirməkdir.
Əsas dayanacaqlardan biri, görkəmli ictimai və siyasi xadim Nəriman Nərimanovun ev-muzeyi oldu.
Dərin təəssürat bağışlayan məkanlardan biri “Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu” , xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən təsis olunmuş Zaqafqaziyada ilk qadın gimnaziyası idi. Bu tarixi bina bölgədə maarifçiliyin və tərəqqinin simvolu sayılır.
Ekskursiya çərçivəsində XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid Bakı milyonçularının evlərinə baş çəkdik. Bu möhtəşəm binalar bu günə qədər qorunub saxlanılan suvaq bəzəkləri, divar rəsmləri və zərif freskaları ilə keçmişin ruhunu yaşadır.
Ekskursiya iştirakçılara təkcə yaddaqalan təəssüratlar yox, həm də Bakının zəngin mədəni irsini dərindən anlamaq, memarlıq vasitəsilə tarixə nəzər salmaq və əbədi dəyərləri — təhsili, incəsənəti və maarifçiliyi bir daha xatırlamaq imkanı verdi.